Prezident İlham Əliyev yunan həmkarını təbrik edib

 24-03-2022

Azərbaycan Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti xanım Katerina Sakellaropuluya təbrik məktubu ünvanlayıb.

MillətinSəsi.info xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.

Ümidvaram ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan ilə Yunanıstan arasındakı münasibətlərin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza əmin-amanlıq və rifah arzulayıram".

Bənzər yazılar

4.8721480369568