Əkin sahələrində çürümə başladı: Bu məhsulun qiyməti kəskin bahalaşacaq

 15-04-2024

Göyçayda yazlıq əkilən pomidor şitillərində çürümə xəstəliyi yayılıb. Fermerlər çürüməyə səbəb kimi havada olan rütubəti əsas göstərir. Bu isə rayonda faraş tərəvəzçilik sahəsində məhsuldarlığın çox aşağı olacağına əsas yaradır. Bəzi fermerlər nəinki xaricə istehsalın, hətta daxili bazarın tələbatını ödəməkdə çətinlik olacağını bildirir.

Bəs görəsən bu hal yay mövsümündə pomidorun qiymətinə ciddi təsir göstərə bilərmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, şitillərin sıradan çıxmasında müxtəlif səbəblər ola bilər:

“Pomidor şitilləri sıradan çıxırsa, onun  yerinə yeniləri əlavə edilir. Həmin şitillər bir neçə gün fərqlə məhsul verir. Bu cür xırda problemlərin yayda pomidor məhsuldarlığına ciddi təsiri yoxdur. Artıq açıq sahələrdə şitillərin əkilməsi başlayıb. Şitillərin quruması isə aqrotexniki qaydalara düzgün əməl edilməməsindən ola bilər. Digər tərəfdən, torpağın altında olan ziyanverici həşaratlar da şitillərin kökünə ziyan vurur. Keçmişdə Çernobıldakı qəza ilə bağlı Azərbaycanda və digər yaxın regionlarda bitkilərin kütləvi yanmasının şahidi olmuşuq. Hazırda regionda radiasiya fonu o qədər yüksək deyil”. 

Ekspert belə halların pomidor qiymətlərinə əhəmiyyətli təsir göstərməyəcəyini qeyd edib.

Bu səbəbdən pomidorun qiymətinin bahalaşacağını düşünmürəm. Belə bir problem pomidorun kütləvi istehsalına ciddi təsir göstərə bilməz. Narahatçılığa əsas yoxdur və bu il bostan bitkilərində bolluq müşahidə olunacaq. Ona görə də yayda pomidorun və digər bostan bitkilərinin qiymətinin bahalaşacağını düşünmürəm”. 

 

 

Bənzər yazılar

0.081883907318115