ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Ramazan bayramı münasibətilə paylaşım edib.
Bu barədə səfirliyin “X” sosial şəbəkəsində məlumat verilib.
“Ramazan bayramı münasibətilə sizə ən xoş arzularımı və təbriklərimi çatdırıram. Qoy bu bayramı qeyd edən hər kəs dostluq, firavanlıq, cansağlığı və əmin-amanlıq içində yaşasın. Bayramınız mübarək!” - paylaşımda qeyd edilib.