Dövlət Turizm Agentliyi Fransanın “Euronews” şirkəti (FR77387858046) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə “Euronews” şirkəti Dövlət Turizm Agentliyi sifarişi əsasında “Euronews” kanalında, həmçinin veb-səhifəsində və sosial media hesablarında təbliğat xarakterli məlumatları yerləşdirəcək və qarşılığında 1,7 milyon manat alacaq.
Qeyd edək ki, müqavilənin müddəti 02.04.2024 – 21.12.2024-cü il tarixlərini əhatə edir.
Elnur Əli