Vilayət Eyvazovdan növbəti rəis təyinatı

 09-04-2024

Yasamal Rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nəsimi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Mirnemət Mirbabayev tutduğu vəzifədən azad edilərək, Yasamal Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Yasamal Rayon Polis rəisi polis polkovnik Cəmil Əmirov Daxili İşlər Nazirliyində Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, məlumatı ilk dəfə gununsesi.info saytı yayıb.

Bənzər yazılar

0.12258100509644