Nazir "TikTok"da canlı yayım açan rəis müavinini işdən çıxardı

 03-04-2024

Fövqəladə Hallar Nazirliyi (FHN) Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini işdən çıxarılıb. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrıə mayor Mirzə Hüseynov tutduğu vəzifədən azad olunub. 

Belə ki, bundan əvvəl rəis müavini "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq qeyri-etik hərəkətlər edib. Onun bu səbəbdən fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən vəzifədən azad olunduğu iddia edilir. 

Bənzər yazılar

0.26161193847656