Tərtər rayonunun Qazyan kəndinin sakinləri susuzluq problemindən şikayətçidirlər.
Sakinlər deyirlər ki, həm içməli, həm də təsərrüfat suyu sarıdan əziyyət çəkirlər.
Onların sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, şikayətlərinə baxan yoxdur.
“Kəndin iki artezian quyusu var. Onlardan biri bir ildir ki, işləmir. İşlək olan artezian quyusunun suyunu isə səhər və axşam olmaqla iki dəfə verirlər. Evim yansa, söndürməyə su yoxdur”, - deyə kənd sakini Ayaz Hüseynov narazılıq bildirib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: