Professor Fazil Qaraoğlunun kirayə haqqını Heydər Əliyev Fondu öz üzərinə götürdü

 01-04-2024

Beş gündür küçədə gecələyən professor Fazil Qara oğlu İsmayılovun (Qaraoğlu) kirayə problemi həll olunub.

Heydər Əliyev Fondu professorun birillik kirayə haqqını öz üzərinə götürüb.

Xatırladaq ki, professor Fazil Qaraoğlu beş gündür ki, küçədə gecələyir. O, yaşadığı mənzilin kirayə haqqını ödəyə bilmədiyindən ev sahibi tərəfindən mənzildən çıxarılıb. Deyilənə görə, professor sığınacağa getməkdən imtina edib.

Professora yaxınlaşsaq da, o danışmaq istəmədiyini, hər kəsin onu imkanlı biri kimi tanıdığını deyib və çəkilişə etiraz edib. Sığınacağa getməyəcəyini deyib. İkiotaqlı mənzil istədiyini, bir otağa əlyazmalarının yerləşməyəcəyindən narahat olduğunu bildirib. 

Qeyd edək ki, professor Fazil Qaraoğlu 14 il Ankarada Gazi Universitetində çalışıb.

“Ermənilər və həqiqətlər sənədlərdə” mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cilddə kitab yazıb və nəşr etdirib.

Quran kitabını ilk dəfə hər iki dilə - həm Azərbaycan, həm də rus dilinə çevirən tək tərcüməçidir. Tərcümə etdiyi Quran kitabından 500 ədəd Heydər Əliyev Fonduna bağışladığı üçün Anar Ələkbərovun xüsusi təşəkkür məktubu var. Ensiklopedik biliyə sahib olan millətçi bir alimdir.

Bənzər yazılar

0.11678314208984