Azərbaycanla Rumıniya arasında birbaşa aviareys açılacaq

 01-04-2024

Rumıniya və Azərbaycan arasında birbaşa uçuşların təsis edilməsi xalqları əlaqələndirməklə yanaşı, biznes əlaqələrinin inkişafına təkan verəcək.

Report.az xəbər verir ki, bu barədə Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasdan sonra keçirilən brifinqdə Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujan bildirib.

“Biz iki ölkə arasında birbaşa uçuşların açılmasını səbirsizliklə gözləyirik. Bu insanlarımızı əlaqələndirməklə yanaşı, investorları və özəl sektorı əlaqələndirəcək, əməkdaşlığın tam dəyərləndirilməsini təmin edəcək”, - nazir deyib.

 

 

Bənzər yazılar

0.22403502464294