Bakıda siçanlarla yaşayan 80 yaşlı qadın kimin anasıdır? - İmkanlı uşaqları... - VİDEO

 01-04-2024

Bakıda 80-dən çox yaşı olan ahıl qadın kimsəsiz vəziyyətdə yaşayır.

Bu barədə Baku TV-yə məlumat daxil olub. Məlumatla əlaqədar kanalın əməkdaşı sözügedən qadının mənzilinə yollanıb.

Məlum olub ki, evini tərk etmək istəməyən tənha qadına qonşuları yardım edir.

Onların sözlərinə görə, qadının övladları xaricdə yaşayırlar: “Oğullarından biri ABŞ-də, digəri isə İsraildə yaşayır. Qızları analarını görməyə gəlirlər.

Evinin sənədləri qızının adınadır. Birinci həyat yoldaşından olan oğulluğu ona yemək-filan gətirir”.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi təcili tibbi yardım maşını vasitəsilə qadını müayinə olunması üçün xəstəxanaya yerləşdirib. O, müalicədən sonra sığınacağa yerləşdiriləcək.

Bənzər yazılar

0.10617399215698