28 mart 2024-cü il tarixində Yeniavaz.com saytında “Diri atı 340 manata Qazaxıstana satıb, kiloqramı 2,9 manata Qazaxıstandan at əti alırıq – Rəsmi” sərlövhəli yazı dərc olunub.
Həmin yazıda qeyd olunan məlumatlar Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistik göstəricilərə istinadən hazırlanıb.
Statistika Komitəsinin “2024-cü ilin yanvar ayında malların idxalı və ixracına dair göstəricilər”in yer alan məlumatından belə görülür ki, bu ilin yanvar ayında Qazaxıstandan Azərbaycana 24,7 min dollar dəyərində 14,53 ton at (qatır) əti idxal olunub.
Bu məlumat yayımlandıqdan sonra Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yeniavaz.com-a bildirilib ki, Qazaxıstandan Azərbaycana at əti idxal olunmur:
“Əksinə, Azərbaycandan Qazaxıstana at əti ixrac edilir”.
Lakin qeyd etdiyimiz kimi, Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi statistik məlumatlar ilə AQTA-nın məlumatı üst-üstə düşümür.
Elnur Əli