Ölkənin baş notariusu işdən çıxarıldı - FOTO

 19-03-2024

Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini, Notariat İdarəsinin rəisi Mehman Soltanov vəzifəsindən azad edilib. 

Qaynarinfo-ya daxil olan məlumata görə, Mehman Soltanov müvafiq əmrlə vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. 

Qeyd edək ki, 1958-ci ildə Göyçay rayonunda anadan olan Soltanov Mehman Nəsir oğlu uzun illər Ədliyyə Nazirliyində çalışıb. 1993-2003 illərdə Ədliyyə Nazirliyində dövlət notariusu kimi fəaliyyət göstərib. 2003-cü ildən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinin rəisinin müavini və Notariat İdarəsinin rəisi vəzifəsində çalışıb. 

Mehman Soltanob çalışdığı dövr ərzində müxtəlif mükafatlarla təltif olunub. 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, 2018-ci ildə Ədliyyə Nazirliyinin 100 ilik yubiley medalı ilə təltif edilib. 

Xatıradaq ki, 27 fevral 2024-cü ildən Fərid Əhmədov ədliyyə naziri təyin olunub. 

Bənzər yazılar

0.057582139968872