Artıq işəgötürənlər boş iş yerlərini gizlədə bilməyəcəklər.
Belə ki, əmək müqaviləsi bağlanan zaman boş iş yeri “Əmək və Məşğulluq” altsisteminin vakansiya bankında yer almasa, həmin iş yeri üzrə əmək müqaviləsi bildirişi bağlamaq texniki baxımdan mümkün olmayacaq.
İqtisadçı Rauf Qarayev bildirib ki, bir çox hallarda işəgötürən şəxs vakansiyalara uyğun olaraq öz tanıdığı insanları yerləşdirir, nəticədə kənarda olan şəxslər o imkanlardan istifadə edə bilmirlər.
Qeyd edək ki, qanunvericiliyə görə, işəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci beş iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları müvafiq elektron informasiya sisteminə daxil etməlidirlər. “Əmək və Məşğulluq” altsisteminə vakansiya daxil edilmədikdə 500 manatdan 1 000 manatadək cərimə tətbiq edilir.
Ətraflı Baku TV-nin süjetində: