Xalq artisti Könül Xasıyeva gerçəkləşməyən layihəsindən danışıb.
Xanəndə bu haqda "Zaurla Günaydın" proqramında danışıb. İfaçı bildirib ki, "Yollar bağlıdır" mahnısı ilə bağlı arzuladığı layihəsini gerçəkləşdirməyə xəstəliyi səbəb olub:
"Bu mahnını yazdıranda fikir var idi ki, klip çəkdirək. Səhhətimdə amansız problemlər yarandı. Buna görə də layihəmiz təxirə düşdü və qaldı".
K.Xasıyeva iyunun 5-də Heydər Əliyev Sarayında "Ana" adlı konsert verəcəyini də açıqlayıb.