Türkiyə hava məkanını Bakıya gələn Netanyahunun təyyarəsinə açıb

 30-04-2025

İsrailin Baş naziri Benyamin Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək.

Yeniavaz.com “AIA Global News”a istinadən xəbər verir ki, ölkənin baş naziri “Kanaf Zion” (“Sion qanadı”) adlı hökumət təyyarəsi ilə Azərbaycana uçacaq.

“Bu o deməkdir ki, Türkiyə təyyarənin öz hava məkanından keçməsinə icazə verib”, - nəşr bildirib.

Bildirilib ki, Netanyahu Azərbaycan Prezidenti İlham Əliyev və yəhudi icmasının üzvləri ilə mayın 8-də görüşəcək.

Xatırladaq ki, Türkiyə 2024-cü ilin noyabrında İsrail Prezidenti İsxak Hersoqun təyyarəsinin hava məkanına daxil olmasına icazə verməmişdi. Həmin vaxt o, COP29 sammitində iştirak etmək üçün Bakıya gəlməyi planlaşıdırırdı.

Bənzər yazılar

0.064789056777954