Albaniya Prezidenti Bayram Beqay Şəkidəki Kiş kilsəsində olub - FOTO/VİDEO

 16-03-2024

Albaniya Prezidenti Bayram Beqay Şəkidə Kiş kilsəsində olub.

Bu barədə Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov “X” sosial şəbəkədəki hesabında xəbər verib.

“Prezident Bayram Beqay I əsrdə Apostol Yelisey tərəfindən əsası qoyulmuş ilk alban məbədi - Kiş kilsəsində olub. Azərbaycan da bu kilsəni öz tarixi və dini irsinin bir hissəsi kimi bərpa edib və qoruyur”, - deyə diplomat vurğulayıb.

Paylaşılan kadrlardan aydın olur ki, Albaniya prezidenti, həmçinin, Şəki Xan sarayında olub.

 

Bənzər yazılar

0.17642211914062