Ətin qiyməti yenidən arta bilər

 15-03-2024

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 

2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. 

Maraqlıdır, ölkəmizdə ət istehsalı niyə yenidən azalıb? 

Mövzu ilə bağlı bağlı iqtisadiyyatcı-eskpert Akif Nəsirli "Cebhe.info"ya bildirib ki, ət və ət məhsullarının bahalaşmasının əsas səbəbi idxaldan asılılığın artmasıdır. 

"Ətin idxaldan asılılığı son bir neçə ildə çox kəskin şəkildə artıb. Yəni ət idxalı 2 dəfədən çox artıb. Buna səbəb yerli heyvandarlığın aşağı düşməsidir. Səbəbi də heyvanlar üçün örüş yerlərinin olmamasıdır. Örüş yerləri olmayanda, heyvanlara yem məhsulları verilir, onların qiyməti də bahadır". 

Ekspert hesab edir ki, ət və ət məhsullarının istehsalını artırmaq üçün Qarabağdakı örüş yerlərindən istifadə etmək olar: 

“İşğaldan azad edilən Qarabağ zonasında kifayət qədər çox boş örüş yerləri var. Örüş yerlərindən düzgün istifadə etməklə ölkə daxilində istəhlak bazarında ət məhsullarını artırmağa nail olmaq olar". 

Ekspert qeyd edib ki, idxal ət artdıqca daxili bazarda ətin qiyməti artacaq: 

"Son 3 ildə ətin qiyməti fantastik şəkildə artıb. Bu proseslər davam etdikcə, ətin qiyməti yenidən arta bilər". 

Bənzər yazılar

0.058440923690796