Quba rayonunun Girdah kənd sakinləri yol problemindən şikayət edir.
Bu barədə kənd sakinlərindən Oxu.Az-ın redaksiyasına edilən müraciətində qeyd edilir.
Belə ki, Girdah kəndindən Zıxır kəndinə məktəbə gedən uşaqlar hər gün 9 km yol gedirlər:
“Yol dağlıq və meşəlik ərazidən keçir. Hər gün bu kənddən 11 uşaq Girdah kəndindən Zıxır məktəbinə dərsə gedir. Girdah kəndində təxminən 30, Zıxır da isə 20-yə yaxın ev var. Bu kəndlərdə yaşayan ailələrin uşaqları bir məktəbdə təhsil alır. Bu ərazidə müxtəlif yırtıcı heyvanlar yaşayır. Uşaqlar üçün təhlükəlidir. Heç olmasa maşın ayrılsın. Biz məktəb istəmirik, ya yollar düzəldilsin, ya da normal bir maşın olsun ki, məktəbə gedib gələ bilək”.