Xalq artisti nazirlikdən narazıdır: "Dedim Adil Kərimli yeni gəlib, bəlkə..."

 13-03-2024

"Mədəniyyət Nazirliyi bilir ki, mənə qarşı haqsızlıq olub, amma hələ susur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Məzahir Süleymanov deyib. Aktyor bu haqsızlığın Sumqayıt Dövlət Dram Teatrından qaynaqlandığından danışıb:

"80 illik yubileyim tamam olub. Amma Sumqayıt Dövlət Dram Teatrı onu qeyd etmədi, ümumiyyətlə, məni yada salmadı. Telefonla da olsa təbrik etmədilər. Yəni, mənim o teatrda bir təbriklik dəyərim, zəhmətim olmayıb? Bu məni narahat etdi. Belə olan halda onlara nə deyə bilərəm? Amma Teatr Xadimləri İttifaqı teatr günü münasibəti ilə məni mükafatlandırıb. Görünür, müəyyən məlumatlar onlara çatıb". 

Xalq artisti Mədəniyyət Nazirliyinin də ona qarşı laqeyid olduğunu qeyd edib:

"O boyda nazirlikdən bir adam zəng edib demədi ki, sən hardasan? Prezident təqaüdü də almıram. Dedim Adil Kərimli yeni gəlib, hamının sənətini qiymətləndirir, bəlkə o işıqdan bizə də düşər. Amma zəng də etmədilər. Görünür, məni aktyor kimi qəbul etmirlər. Dəfələrlə müraciət etmişəm. Amma bu günə kimi nazirlikdən mənim müraciətimə "baxılacaq, baxılacaq" deyib durdular. Hətta dedilər ki, yeni nazir gəlib, hamı ilə maraqlanır. Mən də Adil Kərimliyə də müraciət etdim. Amma bu günə kimi nazirlikdən mənim müraciətimə cavab verilməyib".

Qeyd edək ki, bu yaxınlarda Sumqayıt Dövlət Dram Teatrının sabiq aktyoru, Xalq artisti Məzahir Süleymanovun 80 yaşı tamam olub. 

Bənzər yazılar

6.8746380805969