Ağcabədidə ağır yol qəzası: İki hərbçi həyatını itirdi

 01-05-2025

Ağcabədidə ağır yol qəzası olub, iki nəfər ölüb.

MillətinSəsi.İnfo “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

“Belə ki, hərəkətdə olan “Vaz 2106” markalı 10-CM-225 dövlət nömrə nişanlı avtomobil traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini, Salyan rayonu Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və Qazax rayon Qaymaqlı kənd sakini 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib”, - sayt yazır.

Sözügedən şəxslərin hərbçi olduğu bildirilir.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.071127891540527