AZAL-ın Ankara-Bakı təyyarəsi texniki səbəbdən gecikir

 11-03-2024

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin Ankara-Bakı marşrutu üzrə J2 8004 reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəbdən gecikir.

AZAL-ın mətbuat xidməti xəbər verir ki, reysin sərnişinləri Esenboğa Beynəlxalq Hava Limanına yaxın hoteldə yerləşdiriləcək və aviaşirkətin qaydalarına uyğun olaraq qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.

Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Aviaşirkət yaranmış narahatlığa görə üzr istəyir.

 

 

Bənzər yazılar

0.057826042175293