Bu ilin yanvar-fevral aylarında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 7,9 min şəxsə əlillik təyin edib.
Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Onlardan 3,8 mininə ilkin, 4,1 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.
Bildirilib ki, son iki ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 18 min şəxsə isə reabilitasiya xidmətləri göstərilib.