Azərbaycan cüdoçusu Qran-pridə gümüş medal qazanıb

 09-03-2024

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq ) Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.

"Ölkə.az" xəbər verir ki, idmançı finalda Moldova təmsilçisi Adil Osmanova uduzub.

Bu gün mübarizəyə qoşulan Aytac Qardaşxanlı (63 kq) mükafat əldə edə bilməyib.

Ötən gün Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.

Qeyd edək ki, martın 10-da Camal Qamzatxanov (+100 kq) qüvvəsini sınayacaq. Turnirdə 82 ölkədən 568 idmançı iştirak edir.

Bənzər yazılar

0.15930104255676