İçki aludəçisi olan ananın qızı: “İçib məni döyürdü, evdən qovurdu...” - VİDEO

 05-03-2022

Anası içki aludəçisi olan qız evi tərk etməyə məcbur qalıb.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb.

Məlumatda azyaşlı qız içki aludəçisi olan anasının daim ona içki alıb gətirməsini tələb etdiyini deyir:

“Anam içki içirdi, məni döyürdü. İkinci ailəsi də məni evdə istəmirdi. Mən orada olsam uşaqlara, ona baxmayacağı ilə qorxudurdular. O da içib məni evdən qovurdu, sonra da deyirdi ki, özü qaçıb. Anamın içib məni döyməyi çox incidirdi. Evdə olanda ikinci həyat yoldaşı zəng edib deyirdi ki, “qızın oradadısa gəlməyəcəm, uşaqlarına baxmayacam”. Anam da hirslənib məni döyürdü”.

Oxumaq istədiyini deyəndə isə heç kim ona dəstək olmayıb, hətta anası belə:

“Məktəbə getmək istəyirəm deyirdim. Deyirdilər ki, “qız uşağı oxumaz”, “Sən məktəbə başqa şeylər üçün gedirsən, oxumağa yox”. Oxumaq üstündə də məni döyürdü. O düşünürdü ki, ancaq oğlanlar oxumalıdır, qızlar yox. Bir il bundan əvvəl məni yenə anam evdən qovmuşdu. Polisə danışmışdım. Məni atamı tapıb məni ona vermişdilər. Mən anamla böyümüşəm deyə atam məni istəmir”.

Azyaşlı qız hər gecə anasının içki içməməsini arzu etdiyini deyir:

“Arzu edirdim ki, anam içki içməsin. İçəndə məni çox döyürdü. Yaxşı oxumaq, gələcəkdə öz ayaqlarım üzərində durmağı bacaran, peşə sahibi olmaq istəyirəm. Burdan getmək istəmirəm, qorxuram”

Bənzər yazılar

0.14755201339722