Azərbaycan və Qazaxıstan XİN başçıları görüşüb

 02-03-2024

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" səhifəsində paylaşım edib.

Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazirlər, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, nəqliyyat və enerji sahəsində əməkdaşlıq, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə dostluq, qardaşlıq və həmrəyliyə əsaslanan ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi müzakirə olunub.

 

 

Bənzər yazılar

0.22304391860962