"Qürbətçi Şaban" filmi gerçək oldu  

 02-03-2024

Türkiyəli mərhum aktyor Kemal Sunalın baş rolda oynadığı "Qürbətçi Şaban" filmi gerçək olub.

Ölkə.Az "haberler.com"a istinadla xəbər verir ki, Almaniya vətəndaşı olan nigeriyalı 24 uşağı öz adına keçirərək hər il dövlətdən 1,5 milyon avro yardım alıb.

Kağız üzərində 24 uşağı olan 44 yaşlı Conatan A. onlardan bir çoxunun anasını belə tanımır.

O, milyonlarla dəyərində avtomobillərlə Afrikanı gəzir, kral kimi yaşayır və ayda orta hesabla 120 min avro qazanır. Saxta ata özünə “Mr. Cash Money” ləqəbi verib və sosial şəbəkələrdə bu cür paylaşımlar edib.

Cinayətkar dəstələri izləyən bölmə Conatan A. ilə bağlı araşdırma başlatsa da, nigeriyalını evində tapmaq mümkün olmayıb. Nigeriyalıların dövlətə vurduğu ziyan təkcə uşaq müavinətləri almaqdan ibarət deyil.

Uşaqlar alman atanın himayəsində olduqları üçün onlar da eyni hüquqlara malikdir və yardım alırlar. Beləliklə, bu şəbəkə daxilində yalnız 94 nəfərin yardım aldığı müəyyən edilib.
Türkiyə mətbuatı işləməyən və Dortmundda lüks həyat sürən nigeriyalını “Qubetçi Şaban” obrazına bənzədib.

Filmdə baş rolu canlandıran Kemal Sunal Türkiyədən Yıldız soyadlı uşaqları toplayıb Şaban Yıldız adına Almaniyada övladlığa götürür. Bu yolla milyonçu olan Şaban Yıldızın nigeriyalıdan yeganə fərqi onun zəhmətkeş olmasıdır. 

 

Bənzər yazılar

0.16763401031494