Cahit Bağçı: “Xocalı ağrısını qəlbimizin dərinliyində hiss edirik” - VİDEO

 26-02-2024

"Xocalı ağrısını qəlbimizin dərinliyində hiss edirik”.

Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xocalı abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Xocalı qəlblərdə dərin iz buraxıb:

“Bir tərəfdən bu hüznü yaşayanda, digər tərəfdən də Qarabağın azad edilməsindən qürur duyuruq. Lokal antiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olunub.

Xocalıda qətlə yetirilən insanların qisası alındı. Bayrağımız Şuşada, Cəbrayılda, Zəngilanda sonra Xocalı və Xankəndidə dalğalanır”.

Bənzər yazılar

0.17012786865234