Xoşqədəm onu hədələyib studiyadan çıxartdı - VİDEO

 20-02-2024

Aparıcı Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında mübahisə yaşanıb.

Axşam.az xəbər verir ki, bir müddətdir verilişdə yer alan Gülxanım adlı qadın aparıcı Sərxan Kərəmoğlu ilə dalaşıb. Qadın daha sonra əsəbiləşərək "Bəsdirin. Yğışdırın şounu, reytinqi yığışdırın. Bu verilişdə hər kəs saflığımdan istifadə elədi" deyərək, dava edib. Onun mikrofonunu studiyada bağlayıblar.

Xoşqədəm isə "Məndə sənin dosyen var. Ağzımı açdırma. Hələ etdiklərini tamaşaçıya göstərmirəm, amma göstərəcəyəm. Çıx studiyadan, məni gözlə" sözlərini deyərək, onu proqramdan uzaqlaşdırıb.

Gülxanım isə "Mən sənə güvənmişdim" desə də, aparıcı onu dinləmək istəmədiyini bildirib.

 

Bənzər yazılar

0.15757989883423