“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək

 14-02-2024

“Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək.

“Ölkə.Az”ın məlumatına görə,yığıncaq cari ilin martın 29-da saat 11.00-da Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2 E nömrəli ünvanda yerləşən bankın ofisində baş tutacaq.

Səhmdarların növbəti ümumi yığıncağının gündəliyinə “Kapital Bank” ASC-nin 2023-cü ilin yekunlarına aid maliyyə hesabatlarının təsdiq olunması, Bank tərəfindən 2023-cü ilin maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi, ASC-nin müşahidə şurasının üzvü Fərid Məmmədovun növbəti dəfə müşahidə şurasının üzvü seçilməsi məsələləri daxildir.

Könül
Ölkə.Az

Bənzər yazılar

0.15248703956604