2023-cü ilin ən çox satılan smartfonları - SİYAHI

 10-02-2024

2023-cü ildə dünyada ən çox satılan smartfonlar məlum olub.

"Ölkə.Az"ın məlumatına görə, bu barədə məşhur araşdırma şirkəti "Canalys" hesabat dərc edib.

Nəşr edilən hesabatda "Apple" "iPhone" seriyası ilə zirvədə yer alıb. Belə ki, ötən ilin ən çox satılan telefonu 34 milyon ədədlə "iPhone 14 Pro Max" olub. Siyahıda ikinci, üçüncü və dördüncü yerləri "iPhone 15 Pro Max", "iPhone 14" və "iPhone 14 Pro" tutub.

Tam siyahı aşağıdakı kimidir:

  • iPhone 14 Pro Max – 34 milyon
  • iPhone 15 Pro Max – 33 milyon
  • iPhone 14 – 29 milyon
  • iPhone 14 Pro 29 milyon
  • iPhone 13 – 23 milyon
  • Samsung Galaxy A14 4G – 21 milyon
  • iPhone 15 Pro – 21 milyon
  • Samsung Galaxy A54 5G – 20 milyon
  • Samsung Galaxy A14 5G – 19 milyon
  • iPhone 15 – 17 milyon 

Könül
Ölkə.Az

Bənzər yazılar

0.16269683837891