Metrodan hər gün neçə sərnişin istifadə edir? - RƏSMİ

 08-02-2024

Cari ilin ilk ayında “Bakı Metropoliteni” QSC 17 milyon 252 min 693 sərnişin daşıyıb. Bu, orta statistik hesabla gün ərzində 556 min 538 sərnişin deməkdir.

“Bakı Metropoliteni” QSC-dən Ölkə.Az-a bildirilib ki, metropolitenin xidmətindən istifadə edən sərnişinlərin 489 min 761 nəfərini ödənişsiz istifadəçilər təşkil edib.

“Ən çox sərnişin daşınan gün yanvarın 12-si olub – 687 min 779. Yanvarın 14-ü Bakı metrosuna ən az sərnişin daxil olan gündür – 351 min 455. Pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə yanaşı (7,1 faiz az), ötən ilin yanvar ayı ilə (0,3 faiz az) müqayisədə də metropoliten 2024-cü ilin ilk ayında daha az sərnişin daşıyıb”, - deyə məlumatda bildirilir.

Bənzər yazılar

0.21719288825989