Şəmkirdəki güllələnmənin təfərrüatı məlum oldu: İntiqam almaq üçün... - YENİLƏNİB

 03-02-2024

Şəmkir rayonunda baş verən güllələnmə ilə bağlı məqamlar bilinib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, güllənən Zabil Aslanov 2022-ci ildə qardaşların atasını döyüb. Onlar da intiqam almaq üçün iki il gözləyiblər.

Nəticədə Z.Aslanovu maşında güllələyib, daha sonra da armaturla avtomobili əziblər.

***
Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1997-ci il təvəllüdlü Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Bu barədə Ölkə.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bənzər yazılar

0.17997789382935