Qızılcadan ağırlaşmış xəstələrin müalicəsi üçün nə qədər xəstəxana ayrılıb? 

 01-02-2024

Azərbaycanda qızılca ilə bağlı durum hələ də kritik olaraq qalır. Artıq ölkədə qızılca ilə yoluxma bütün yaşlarda baş verir. 1-8 yaş ən həssas qrup hesab edilsə də, yaşlı insanların da qızılcaya yoluxması riskli hesab olunur.

Hava-damcı yolu ilə yayılan və insan orqanizmində ciddi fəsadlar törədən bu virusun inkubasiya dövrü 10-14 gün arasıdır.

Yayılma təhlükəsi böyük olan qızılcanın müalicəsinin istənilən xəstəxanada aparılması da doğru deyil. Pandemiyada olduğu üçün qızılcaya yoluxmuş şəxsin təcrid olunması ciddi önəm daşıyan faktorlardandır.

Maraqlıdır, ölkədə qızılcaya yoluxmuş və vəziyyəti ağırlaşmış şəxslərin müalicəsi üçün nə qədər xəstəxana ayrılıb?  

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, payız-qış mövsümündə qızılca xəstəliyinə qarşı profilaktik tədbirlərin tərkib hissəsi olaraq TƏBİB-in tabeli tibb müəssisələrində sanitariya-gigiyena tədbirlərinin, epidemioloji nəzarətin gücləndirilməsinin həyata keçirilməsi təcili və təxirəsalınmaz tibbi yardım, eləcə də yoluxucu xəstəliklər şöbələri üstünlük verilməklə təmin edilir:

“Qızılca xəstələrinin təcili və təxirəsalınmaz tibbi yardım şöbələrində çeşidlənməsi, müalicəsi, ağırlaşmaların idarə olunması, köçürülmələri və çarpayı fondunun idarə olunması, əlaqədar şöbələrin tibbi avadanlıqlarla, sərfiyyatla təmin edilməsi həyata keçirilir. Bakı, Sumqayıt və regionlarda qızılca xəstəliyinə yoluxan və ya yoluxduğu güman edilən xəstələrin (böyüklərin) stasionar müalicəsi məqsədilə Sabunçu Tibb Mərkəzinin strukturunda olan “Məhəmmədi müvəqqəti modul tipli xəstəxana kompleksi”ndə 270 çarpayıdan ibarət şöbə təşkil edilib. Eyni zamanda rayon mərkəzi xəstəxanalarının yoluxucu xəstəliklər şöbələrində, həmçinin N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında (uşaqların) da qızılca xəstəliyinə yoluxan və ya yoluxduğu güman edilən xəstələrin müalicəsi aparılır”.

 

Bənzər yazılar

0.18614602088928