Sürücülərin DİQQƏTİNƏ – Maşında bunlar olmasa cərimələnəcəksiniz!

 30-01-2024

Avtomobillərdə sürücülərdən tələb olunan və əks təqdirdə cərimə tətbiq olunan əşyalardan biri də aptekçə (tibb qutusu) hesab olunur. 

Bir çox hallarda təyin olunan dərman siyahısından əksik olduğu üçün sürücülər cərimələnərək çətinliklə üzləşir. Qeyd edək ki, bununla bağlı icbari cərimə 10 AZN təşkil edir. 

Yenisabah.az avtomobil sahibləri üçün tələb olunan apteçkənin tərkibində olan dərman vasitələri, tibbi ləvazimatlar və onların qiymətlərini oxuculara təqdim edir:

Analgin 0.5 №10 – 0.31 AZN

Portativ hipotermik (soyuducu) paket-konteyner – 0.8 AZN

Natrium sulfasil məhlulu – 1.50 AZN

Aspirin – 4.09 AZN

Özünə və qarşılıqlı yardım məqsədi ilə arterial qanaxmanı saxlamaq üçün təmizlənən kompressiyalı (təzyiqli) jqut – 2.10 AZN

Steril bint 10x5 – 0.45 AZN

Qeyri-steril bint 10x5 – 0.80 AZN

Qeyri-steril bint 5x5 – 0.40 AZN

Çirkli yaraları sarımaq üçün dioksidinli və ya gümüş nitratlı 8x10 sm. ölçüdə MAQ atravmatik sarğısı – 6 AZN

Bakteresid leykoplastr 25x72 yaxud 2x5 – 1.2 AZN

Kapilyar və venoz qanaxmaları saxlamaq üçün 6x10 və 10x18 sm. ölçüdə furaginli “Koleteks QEM” steril salfetləri, yaxud statin (toz halında) 1.0 q – 3 AZN

5%-li yodun, yaxud 1%-li biriliant abısının məhlulu (zelyonka) – 1.19 AZN

1x500 və ya 2x500, yaxud 1x5250 sm ölçüdə leykoplaster – 0.50 AZN

Qeyri-steril boruşəkilli tibbi elastik bint №1.3.6 – 0.80 AZN

Pambıq 50 q – 1.75 AZN

Nitroqliserin həbləri N%40 yaxud kapsulu №20 (trinitroloq) – 1.20 AZN

Valideol (tabletka yaxud kapsula) – 0.70 AZN

Süni nəfəs vermək üçün alət – 3 AZN

Ammiak məhlulu (naşatır spirti) – 1 AZN

Enterodez yaxud aktivləşdirilmiş kömür  №10 – 0.20 AZN

Korvavol – 0.56 AZN

Küt uclu qayçı – 1.60 AZN

Plastmas futlyar – 1.70 AZN

Aptekçənin özü – 5-82 AZN arası 

Bənzər yazılar

0.17196416854858