6 nömrəli məktəblə bağlı qərar verildi

 24-01-2024

"Bakı şəhəri 6 nömrəli məktəb-liseydə II sinif şagirdinin zorakılığa məruz qalması ilə bağlı səsləndirilən iddialar çərçivəsində aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib".

Bunu APA-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva deyib.

O bildirib ki, məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görülüb.

M. Vəliyev deyib ki, VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib:

"Digər uşaqlarla bağlı da addımlar atılacaq. Həmçinin II sinif şagirdinin valideyninə də bu istiqamətdə təklif edilib".

 

Bənzər yazılar

0.15720915794373