Azərbaycan yarım milyard dollardan çox əczaçılıq məhsulları aldı

 24-01-2024

Ötən il Azərbaycana idxal olunan əczaçılıq məhsullarının dəyəri 560,8 milyon ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci illə müqayisədə 92 milyon dollar azdır.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 3,24%-ni təşkil edib.

Əlavə edək ki, 2022-ci ildə Azərbaycan 652,9 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

 

Bənzər yazılar

0.16952395439148