Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib

 22-01-2024

Elm və Təhsil Nazirliyinin kollegiyasının yeni tərkibi təsdiqlənib.

Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Qərara əsasən, Elm və Təhsil Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

  • Kollegiyanın sədri
  • elm və təhsil naziri
  • Kollegiyanın üzvləri:
  • Azərbaycan Respublikası elm və təhsil nazirinin müavinləri
  • Naxçıvan Muxtar Respublikasının təhsil naziri
  • Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Aparatının rəhbəri
  • Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm
  • və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru
  • Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə
  • Təhsili üzrə Dövlət Agentliyinin direktoru
  • Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında
  • Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru
  • Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru”.

 

Bənzər yazılar

0.15676617622375