"İnsanlar sürüşə-sürüşə gedirlər” -Abşeron rayon İcra Hakimiyyəti fotolar göndərdi ki...

 16-01-2024

Abşeron rayonu Xırdalan şəhərində küçələrin qardan və buzdan təmizlənməməsi ilə bağlı şikayətlər səsləndirilir.

Xırdalan şəhərində yaşayan tanınmış ekspert Samir Əliyev də sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib: “Səhər uşaqları baxçaya aparanda maşınla 3 dəqiqəlik yolu 35 dəqiqəyə getmişəm. Təsəvvür edin, bura hələ Xırdalanın mərkəzidir, parkın bu başından o biri başına qədər olan məsafədir. Qar yağmasından 2 gün keçib, amma hələ də Xırdalanın mərkəzi parkında piyada yollar buzdan təmizlənməyib. İnsanlar sürüşə-sürüşə gedir. Hamı bilirdi ki, növbəti günlər şaxtalı olacaq, yollar buz bağlayacaq. Digər şəhərlərdə olduğu kimi Xırdalanda da şəhər təsərrüfatının idarəçiliyi bərbad haldadır”. 

Mövcud vəziyyətlə bağlı  Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etdi. Qurumun əməkdaşı Seymur Qasımov bildirdi ki, Xırdalan şəhərində dünən və bu gün təmizlik işləri aparılıb: “Bu gün isə ümumiyyətlə qardan təmizlənilib. Təmizlənmə işlərinə əsas küçə və parklardan başlanılaraq hissə hissə digər ərazilərdə də aparılıb və aparılmaqdadır”, - deyə açıqlamada qeyd olunub.

İcra Hakimiyyəti Xırdalan şəhərində dünən aparılan təmizlik işləri ilə bağlı fotoları da redaksiyamıza göndərib:





Bənzər yazılar

0.9302179813385