"Qarabağ" bu futbolçu ilə yolları ayırdı

 08-01-2024

“Qarabağ” ispaniyalı futbolçusu Qaspar Panadero ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu məlumatı 26 yaşlı ispaniyalının özü açıqlayıb.

Yarımmüdafiəçi şəxsi "instaqram" hesabındakı paylaşımında Ağdam klubuna təşəkkür edib:

“Komanda yoldaşlarım, məşqçilər, klub rəhbərliyi və inanılmaz “Qarabağ” azarkeşləri, vida vaxtı çatdı. Mənə etibar etdiyi üçün kluba təşəkkürümü bildirirəm. Bu formanı geyinmək şərəf idi. Kluba və komanda yoldaşlarımın hər birinə təşəkkür edirəm. Azarkeşlərə də öz dərin minnətdarlığımı bildirirəm. Oyun performansı baxımından mənim üçün ən yaxşı vaxt olmadı. Çətin dövrlər idi və mən də ən yaxşı oyunumu göstərmək istəsəm də, çətinlik çəkdim. Burada daha çox şans əldə etməyə çalışsam da, futbol bəzən belə olur. Sizə gələcəkdə ən yaxşısını arzulayıram. Sizlərə hər şey üçün təşəkkür edirəm”.

Qeyd edək ki, 2021-ci ildə “Qarabağ”a keçən Panadero Premyer Liqada 4 oyun keçirib.

 

Bənzər yazılar

0.26368999481201