Rusiya Ukraynada İkinci Dünya Müharibəsindən daha çox itki verir - 3 həftədə 5 rus generalı öldürülüb

 19-03-2022

Fevralın 24-dən martın 18-dək Ukrayna Silahlı Qüvvələri 5 rus generalını öldürüb. Bu müddət ərzində Rusiya Federasiyasının yüksək komandanlığı İkinci Dünya Müharibəsi illərində belə çox itki verməyib.

MillətinSəsi.info UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko martın 18-də Ukrayna döyüşçüləri tərəfindən Çernobaevkada rusların komandanlıq məntəqəsinin ləğv edilməsini elan etdikdən sonra Rada telekanalının efirində deyib .


O, həmçinin əlavə edib ki, hətta İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqı cəmi üç həftə ərzində beş generalını itirməyib. 

Bu günə kimi məhv edilən generalların siyahısı belə olub:

Maqomed Tuşayev - general-mayor, Ramzan Kadırovun Kiyevə göndərdiyi yaxın aadamı.  Fevralın 26-da Qostomel yaxınlığında öldürülüb. 

Oleq Mityaev - general-mayor, elit 150-ci motoatıcı diviziyasının komandiri. Martın 15-də “Azov” batalyonu tərəfindən öldürülüb. 

Andrey Mordviçev - general-leytenant, Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin 8-ci Ordusunun komandiri. Martın 19-da Çernobaevkada öldürülüb.

Vitali Gerasimov - Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Ordusunun general-mayoru, qərargah rəisi və komandanının birinci müavini. Xarkov müdafiəçiləri tərəfindən martın 7-də öldürülüb. 

Andrey Kolesnikov - general-mayor, Rusiya Federasiyası Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandanı. Onun ölümünü martın 11-də Daxili işlər nazirinin müşaviri Anton Geraşenko elan edib.

Bənzər yazılar

0.27014183998108