Salyanın keçmiş icra başçısı Bakıda vəfat edib

 01-01-2024

Salyan rayonunun keçmiş icra başçısı vəfat edib.

Report.az xəbər verir ki, bu gün Salyan Rayonunun keçmiş icra başçısı Vəlihə Böyükağa qızı Abdullayeva Bakı şəhərində vəfat edib.

Mərhumun cənazəsi Bakıdan Salyana gətirilərək şəhər qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, V. Abdullayeva 1948-ci ildə Salyan rayonunda doğulub. YAP rayon təşkilatının ilk yaradıcılarından biri olub. 1998-2001-ci illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

 

Bənzər yazılar

0.17248010635376