Vasif Talıbov məhkəməyə verildi

 29-12-2023

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş Sədri Vasif Talıbov məhkəməyə verilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə müraciət olunub.

Belə ki, vətəndaş İsmayılov Vaqif Cəlal oğlu V.Talıbov və Naxçıvan Şəhəri İcra Hakimiyyəti barəsində məhkəməyə müraciət edib.

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - digər məsələlərlə bağlıdır.

Məhkəmə işi hakim Yusifəli Qurbanovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, V.Talıbov ötən ilin dekabrında Ali Məclisin Sədri vəzifəsindən azad edilib.

 

Bənzər yazılar

0.16263604164124