Ağdamda mərkəzi xəstəxananın tikintisinə başlanır – Birinci mərhələ 4 milyona başa gələcək

 26-12-2023

Ağdam Rayon Mərkəzi xəstəxanasının tikinti işlərinin birinci mərhələsinə start verilir. 

Valyuta.az xəbər verir ki, Səhiyyə Nazirliyi birinci mərhələ üçün tikinti işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Tenderin qalibi “Uni KO” MMC olub. 

 

Birinci mərhələ üçün tikinti işləri nazirliyə 4 915 253,88 AZN-ə başa gələcək.
 
Məlumat üçün deyək ki, Ağdam Rayon Mərkəzi xəstəxanası 210 çarpayılıq olacaq.

Bənzər yazılar

0.17307496070862