Baş həkim məşhur müğənninin şikayəti əsasında məhkəmə qarşısına çıxarılır 

 25-12-2023

Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi İsfəndiyarov Rauf Mönsüm oğlu məhkəmə qarşısına çıxarılır.

İqtisadiyyat.az xəbər verir ki, onunla bağlı toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə iclasının vaxtı hələlik təyin olunmasa da, iş hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, iş üzrə Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əsədova Dəniz Elman qızı zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, R.İsfəndiyarov tanınmış müğənni Dəniz Əsədovanın şikayəti əsasında bu ilin əvvəlində məsuliyyətə cəlb edilib. Müğənni 2017-2018-ci illərdə baş həkimin ondan yarım milyon manatdan artıq pulunu aldığını iddia edib. Baş həkim barəsində bu ilin fevral ayının əvvəlində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılıb.

Amma may ayında onun barəsində qərar dəyişdirilib və R.İsfəndiyarov Sabunçu Rayon Məhkəməsinin yeni qərarı ilə istintaq müddəti üçün ev dustaqlığına buraxılıb.

R.İsfəndiyarov 2017-cü ildən 21 saylı Birləşmiş Şəhər Xəstəxananın baş həkimidir.

Bənzər yazılar

0.17769193649292