Dünya Azərbaycanlılarının Həmrəylik Görüşündə Xankəndidə keçirilən tarixi matçdan bəhs olunub - VİDEO

 22-12-2023

Diasporla İş üzrə Dövlət Komitəsi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı videokonfrans keçirib.

Virtual konfransda 77 ölkədən 700 nəfərə yaxın soydaşımız, türk diasporunun və Azərbaycana dost ölkələrin nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” klubu ilə MOİK arasında Xankəndidə keçirilən tarixi matçdan bəhs edib: “Bizə bu günləri yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə nə qədər təşəkkür etsək, azdır”.

Bənzər yazılar

0.18094301223755