Bulvarda batan gəmidən xilas edilənlərdən üçü xəstəxanaya yerləşdirilib  

 22-12-2023

Bulvarda tur gəmisindən xilas edilənlərdən üçü xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:16 radələrində "Dəniz Mall"ın yaxınlığında qayıq aşması ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

"Dərhal hadisə yerinə 2 təcili tibbi yardım briqadası göndərilib. Hadisə nəticəsində 4 nəfər (cinsi qadın) zərər çəkib. 1 nəfərə yerində ilk tibbi yardım olunub. 3 nəfər isə hipotermiya diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib", - məlumatda vurğulanıb.

Qeyd edək ki, bu gün Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığı çevrilib. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub. FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.

 

Bənzər yazılar

0.19955086708069