"Vəzifə alveri" ilə bağlı məhkəmə başlayır - 11 zərərçəkən var

 20-12-2023
Yüksək məvacibli işə düzəltmək adı ilə ayrı-ayrı vətəndaşalara qarşı dələduluq etməkdə təqsirləndirilən Ülviyyə Balayevanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. 
 
Qaynarinfo.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 
 
Əziz Seyidov iş üzrə hakim təyin edilib. Ülviyyə Balayeva ilə bağlı cinayət işində 11 nəfər zərərəçəkən qismində tanınıb. Vətəndaşalara dəymiş zərərin məbləği bəlli deyil.
 
İttiham aktına əsasən, Ülviyyə Balayeva vətəndaşlardan əsasən işə düzəltmək adı ilə pul alıb. Təqsirləndirilən şəxs onlara vəzifəyə təyin olunacaqlarını və yüksək məbləğdə məvacib alacaqlarını vəd edib. 
 
Ülviyyə Balayeva Daxili İşlər Nazirliyinin "102” xidmətinə edilən şikayətlər nəticəsində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. 
 
Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq - təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Bənzər yazılar

0.16747403144836