“Atlas Medical Center” 5000 manat cərimələnə bilər

 18-12-2023

“Atlas Medical Center” barəsində inzibati iş başlanıb. 

Valyuta.az xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

469.2-ci maddəyə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Bənzər yazılar

0.17337203025818