DİN: Onlayn beh ödənişləri zamanı diqqətli olun - VİDEO

 13-12-2023

Daxili İşlər Nazirliyi kibertalamaya və kiberdələduzluğa qarşı növbəti maarifləndirici videoçarx hazırlayıb.

DİN-dən  verilən məlumata görə, videoşarxda qeyd olunub ki, kart məlumatları yalnız kartın sahibinə təqdim olunur və tam məxfi saxlanılması zəruridir.

"Heç bir halda bank və şəxsi məlumatlarınızı digərlərinə təqdim etməyin. Kartdan-karta pul vəsaitlərinin köçürülməsi üçün bank kartının önündəki 16 rəqəm kifayət edir. CVV kod və digər məlumatların məxfiliyini qorumaq vətəndaşın öhdəliyidir", DİN-dən bildirilib.

 

Bənzər yazılar

0.22213387489319