Restoranların fantastik yeni il qiymətləri: Bakıda yeni il neçəyə başa gəlir? - VİDEO

 12-12-2023

Yeni ilə sayılı günlər qaldığından restoranlarda yer tapmaq müşkülə çevrilib. Təklif olunan qiymətlər isə necə deyərlər, əl yandırır. 

Yəni paytaxt restoranlarında fərqli ab-havada təzə ili qarşılamaq istəyənlər üçün depozit bir nəfər üçün minimum 100 manatdan başlayır. Tələb olunan qiymət dəyərində sifariş verib-verməməyinizin isə heç bir önəmi yoxdur. Müəyyən olunan qiymət ödənməlidir. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu qanun pozuntusu hesab edir:  

“Müştəri ilə xidmət göstərən arasında müqavilə bağlanmalıdır. Bu müqavilənin şərtlərində istehlakçının istifadə etmədiyi xidmət üçün ödədiyi pulun qaytarılması məsələsi öz əksini tapmalıdır”.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bənzər yazılar

0.21713089942932